Xəbər lenti

"Qarabağ"ın gəncləri "Benfika"ya 1:7 uduzdu
İdman16:10 16.09.2025

"Qarabağ"ın gəncləri "Benfika"ya 1:7 uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında səfərdə Portuqaliyanın "Benfika" klubuna böyük hesabla məğlub olub.
Qaynarinfo xəbər verir ki, Lissabonda baş tutan görüşdə Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 1:7 hesabı ilə uduzub.
Ağdam komandasının yeganə qolunu Əli Qazıbəyov 85-ci dəqiqədə rəqib qapısından keçirib.
Qeyd edək ki, U-19 oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopengahen"lə qarşılaşacaq.