Hazırda sabiq millət vəkili Gülər Əhmədovanın işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Gülər Əhmədova məhkəmədə prezident İlham Əliyevə müraciət edib.
“Cənab prezident, mən dələduz deyiləm. Mən sizin indiyə qədər bildiyiniz adamam. Bir insan bir saatın içində dəyişə bilməz. Mən həmişə Heydər Əliyev kursuna sadiq olmuşam. Sizdən xahiş edirəm və əminəm ki, bəzi həqiqətlərin üzə çıxması üçün zaman lazımdır. Evimdə azyaşlı övladım, ailəmdə xəstə birinin olmasını və səhhətimi nəzərə alaraq mənə rəhm etmənizi xahiş edirəm".
Qeyd edək ki, bu gün saat 15:00-da sabiq millət vəkili Gülər Əhmədovaya hökm oxunacaq.
Qaynar.info
Şərhlər