İdman 15.01.2022

"Cenoa" Şevçenko ilə yolları ayırdı

İtaliya A Seriyasının komandalarından olan "Cenoa” ukraynalı baş məşqçi Andrey Şevçenkonu istefaya göndərib.

Qaynarinfo xəbər verir ki, bu haqda Genuya klubu məlumat yayıb. Açıqlamada Şevçenkonun istefaya göndərildiyi, 45 yaşlı məşqçi və texniki heyətinə uğurlar arzulandığı bildirilib.

Komandanın müvəqqəti olaraq Abdulay Konkoya həvalə edildiyi də bildirilib.

Şevçenko "Mavi-qırmızılılar"ın baş məşqçi postuna noyabrda təyin olunmuşdu. Davide Ballardinini əvəzləmişdi.

Şevçenkonun rəhbərlik etdiyi "Cenoa” A seriyasında keçirdiyi 9 oyunda 3 heç-heçə, 6 məğlubiyyətlə diqqət çəkib. Ukraynalı məşqçinin rəhbərliyi altında komanda A Seriyasında qələbə qazana bilməyib. İtaliya kubokunda isə "Mavi-qırmızılılar" cəmi 1 qələbə qazanıb.

"Cenoa” A Seriyasında cari mövsüm keçirdiyi 21 oyunda 1 qələbə, 9 heç-heçə və 11 məğlubiyyətlə 19-cu pillədə yer alıb.

Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?