Cənubi Koreya Şimala 6 milyon dollar yardım edəcək

Cənubi Koreya Şimala 6 milyon dollar yardım edəcək

Cənubi Koreya hakimiyyəti Şimali Koreyaya 5 milyon dollar dəyərində humanitar yardım göstərmək üçün fəaliyyətə keçib. Seul isə ayrılıqda 1 milyon dollar hədiyyə etmək fikrindədir.

Qaynarinfo xəbər verir ki, əməliyyat Ümumdünya Səhiyyə Təşkilatının köməyi ilə həyata keçiriləcək. 

Göndərilən vəsait əsasən qadın və uşaqlara göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına xərclənəcək. Sonuncu dəfə Cənubi Koreya 2014-cü ildə bu şəkildə Şimala kömək edib. O vaxt qida üçün nəzərdə tutulan yardımımın məbləği 8 milyon dollar təşkil edib.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR