Siyasət 00:12 26.10.2020

Ceyhun Bayramov yenidən həmsədrlərlə görüşəcək

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İsveçrəyə səfər edəcək.

Qaynarinfo-nun məlumatına görə, səfər oktyabr ayının 29-na planlaşdırılıb.

Səfər zamanı Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.