Dünya şöhrətli amerikalı aktyor Cim Kerri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənə hücumunu tənqid edib.
Qaynarinfo xəbər verir ki, hücum zamanı uşaqları daşıyan avtobus hədəf alınmış, əksəriyyəti azyaşlı olmaqla 50 nəfər dünyasını dəyişmişdi. Cim Kerri "Twitter"də paylaşdığı mətndə bildirir:
"40 günahsız uşaq Yəməndə avtobusda qətlə yetirilib.
Bizim müttəfiqimiz.
Bizim raketimiz.
Bizim cinayətimiz".
Gülşən
Şərhlər