Xəbər lenti

Con Kerri: “Dağlıq Qarabağda müharibənin bərpasını istəmirik”
Siyasət 09:30 04.06.2013

Con Kerri: “Dağlıq Qarabağda müharibənin bərpasını istəmirik”


"Dondurulmuş münaqişə bölgənin sabitliyi üçün təhlükədir”

Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri və Azərbaycan XİN başçısı Elmar Məmmədyarov arasında görüş keçirilib. APA-nın Dövlət departamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq, Dağlıq Qarabağ nizamlanması, Azərbaycandakı demokratik dəyişikliklər müzakirə olunub.

C.Kerri Azərbaycanın Əfqanıstandakı ISAF missiyasında oynadığı vacib rolu yüksək dəyərləndirib.

Dağlıq Qarabağ nizamlanmasından danışan dövlət katibi bəyan edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi "Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həllində yardım etməkdə ciddi surətdə maraqlıdır”. "Bu dondurulmuş münaqişə bölgənin sabitliyi üçün təhlükədir. Biz müharibə və münaqişənin bərpasını istəmirik. Biz səbrlə işləməyə davam edəcəyik və çalışacağıq ki, tərəfləri etimadın yaradılması üzrə tədbirlər görməyə və bu məsələnin həll yollarını tapmağa təşviq edək. Biz bunda çox maraqlıyıq”, - deyə Kerri bildirib.

Azərbaycan XİN başçısı öz növbəsində qeyd edib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır.

Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->