Belarusun "Dinamo" (Brest) klubunun 11 futbolçusu eyni vaxtda koronavirusa yoluxub, üçü xəstəxanaya yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, Artem Milevski, Maksim Vitus və Sergey Krivets kimi bir sıra futolçular iyulun 3-də "Smoleviç”ə qarşı oynayıb və matçan sonra test olunublar.
Tribuna.com saytının məlumatına görə, klubun 5 işçisi də virusa yoluxub. Növbəti matçda "Dinamo"nun əvəzedici heyətlə oynayacağı gözlənilir.
Qeyd edək ki, ötən həftə Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusla bağlı vəziyyət haqqında danışarkən "Artıq bu gün deyə bilərik: biz virusa qalib gəldik", demişdi.
İndiyədək respublikada 63270 nəfər yoluxmuş sayılır, 50669 nəfər sağalıb, 418 nəfər ölüb.
Alpər
Şərhlər