COVİD məhdudiyyətləri qaldırılsa, nə baş verə bilər? – Çindən qorxunc açıqlama

COVİD məhdudiyyətləri qaldırılsa, nə baş verə bilər? – Çindən qorxunc açıqlama

Çin alimləri koronavirusa sıfır dözümlülük siyasətindən və səyahət qadağasından imtina etdikdə, koronavirusa yoluxma hallarının dəhşətli artımını proqnozlaşdırıblar.

Qaynarinfo RİA Novosti-yə istinbadla xəbər verir ki, bu barədə Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin "China CDC Weekly” jurnalında dərc olunan hesabatında deyilir.

Pekin Universitetinin riyaziyyatçılarının fikrincə, ölkədə aktiv peyvənd proqramları dayandırılarsa, məhdudiyyətlər rejimi yumşaldılıb səyahət qadağası götürülsə, başqa sözlə, başqa ölkələrdə fəaliyyət göstərən modellərdən istifadə olunarsa, Çin fəlakətli nəticələrlə üzləşər.

ABŞ, İsrail və bir sıra Qərbi Avropa ölkələrinin avqust ayı üçün məlumatlarını təhlil etdikdən sonra alimlər dəhşətli rəqəmlər əldə edərək vəziyyəti simulyasiya ediblər.

Belə ki, Amerika modelindən istifadə Çini gündə 637 155, fransız modeliylə - 454 198, ingilis modeliylə - 275 793 yeni yoluxma halları ilə təhdid edir.Tədqiqatçıların fikrincə, bu halda Çinin səhiyyə sistemi tamamilə çökə bilər.
 
Alpər
XƏBƏRLƏR
BLOGLAR
X