Xəbər lenti

COVİD mövsümi xəstəliyə çevrilə bilərmi? - Vasif Əliyev
Ölkə 13:31 18.09.2020

COVİD mövsümi xəstəliyə çevrilə bilərmi? - Vasif Əliyev

"COVİD-19 qrip kimi davam edib yayıla bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. Vasif Əliyev bildirib ki, koronavirus hər zaman insanlarda yuxarı tənəffüs yolunda yayılıb:

"Yeni çıxan COVİD-19 isə həm yuxarı, həm aşağı tənəffüs yolunda olub. COVİD-19 Qrip kimi davam edib yayıla bilər. Bu virus eyni zamanda mutasiyaya uğramaq qabiliyyətinə malikdir. Necə ki, biz qripi hər il görürük, eləcə də COVİD-19-u da gələcəkdə görə bilərik. Haqlı olaraq deyiblər ki, virus hər il təkrarana bilər”. 

TƏBİB rəsmisi qeyd edib ki, virusun bu payız kütləvi pandemiya halında görünməsi şərt deyil: 

"Ancaq hər il payız və qış aylarında yoluxma hallarının olmasını müşahidə edə bilərik”.

Qeyd edək ki, "Rospotrebnadzor”un açıqlamasına görə, koronavirus qrip kimi xəstəlik olaraq qala və insanlara uyğunlaşmağı bacarmış COVID-19 mövsümi xəstəliyə çevrilə bilər.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->