Xəbər lenti

İdman 23:01 12.10.2019

Cüdoçumuz bürünc medal qazandı

Estoniyada cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.

Qaynarinfo xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian bürünc medal qazanıb.

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.

Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışır

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?