Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında final mərhələsinə yüksəlib.
"Qaynarinfo"nun məlumatına görə, 73 kq çəki dərəcəsinə mübarizə aparan Rüstəm Orucov dünya çempionatının yarımfinalında koreyalı idmançı Çanqrim Anı ipponla məğlub edib.
26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşacaq.
Qaynarinfo.Az
Şərhlər