Xəbər lenti

DÇ-2018: 28-i məlumdu, 4-ü gözləyir
İdman 09:38 13.11.2017

DÇ-2018: 28-i məlumdu, 4-ü gözləyir

Rusiyada baş tutacaq dünya çempionatında iştirak edəcək 32 komandadan 28-in adına aydınlıq gəlib.
 
Sport7.az xəbər verir ki, Avropa zonası üzrə hələ ki, son iki komanda Xorvatiya ilə İsveçrədi. Şimali İrlandiyanı ilk oyunda minimal hesabla məğlub edən Vladimir Petkoviçin komandası cavab görüşündə də uduzmayaraq vəsiqəni təmin edib. Elə Xorvatiya yığması da yunanları ilk görüşdə qeydə alınan 4:1 hesablı qələbənin nəticəsində keçib. Çünki bu komandalar arasındakı cavab görüşü də 0:0 nəticələnib. Qalan 4 lisenziyanı 2-si Avropa zonası, daha 2-si qitələrarası oyunların qalibləri qazanacaq. Son vəsiqələr aşağıdakı oyunlardan sonra sahbilərini tapacaq.
 
13 noyabr. İtaliya – İsveç (ilk oyun: 0:1)
14 noyabr. İrlandiya – Danimarka (ilk oyun: 0:0)
15 noyabr. Avstraliya – Honduras (ilk oyun: 0:0)
16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0)

Artıq DÇ-2018-in final mərhələsinə vəsiqəni təmin etmiş komandalar isə bunlardı:

Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş, İsveçrə, Xorvatiya.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->