Dadaşov qolunu babasına həsr etdi

Dadaşov qolunu babasına həsr etdi

Portuqaliya təmilçisi "Tondela"nın formasını geyinən millimizin üzvü Renat Dadaşov ölkə çempionatında vurduğu qolunu yenicə dünyasını dəyişmiş babasına həsr edib.

Qaynarinfo xəbər verir ki, 22 yaşlı hücumçu bu barədə instaqram hesabında bildirib. Futbolçu həyatının ən pis xəbərlərindən birini aldığını vurğulayıb: "Matçdan sonra oyunlarımı bir daha canlı olaraq izləyə bilməyəcəyini öyrəndim. Baba, hər şey sənin üçün idi. Kaş, bu anları görə bilərdin. Əminəm ki, görürsən. Səndən ötrü sonsuza qədər darıxacağam".

Portuqaliya çempionatının 7-ci turu çərçivəsində "Tondela" doğma meydanda "Famalikan"la qarşılaşıb. Meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçda Dadaşov qələbə qolunun müəllifi olub.  Millimizin üzvü oyundan sonra paltardəyişmə otağında babasının vəfat etdiyini öyrənib.

Müqavilə ilə İngiltərənin klubu "Vulverhempton" məxsus olan Renat Dadaşov Portuqaliya təmsilçisində icarə əsasında forma geyinir.
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X