Xəbər lenti

Daha bir erməni təxribatının qarşısı alındı
Siyasət 12:58 26.09.2017

Daha bir erməni təxribatının qarşısı alındı

14-21 sentyabr tarixlərində Yaponiyada keçirilən “Tourism Expo Japan” sərgisində Ermənistan tərəfi yenə təxribata əl atmağa çalışaraq, Ermənistana aid stendə Azərbaycanın işğal ounmuş ərazilərindən yaradılmış qondarma rejimi təbliğ edən materiallar yerləşdirməyə cəhd göstərib.

XİN-dən "Qaynarinfo"ya verilən xəbərə görə, Azərbaycanın Yaponiyadakı səfirliyinin vaxtında müdaxiləsi çərçivəsində Ermənistan tərəfinin beynəlxalq turizm sərgisinin qondarma rejimin siyasi təbliğat meydanına çevrilməsinin qarşısı alınıb.

Sərgidə Azərbaycan stendi fəaliyyət göstərib və çərçivəsində Azərbaycanın turizm potensialı barədə Yaponiya ictimaiyyətinə məlumat çatdırılıb.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->