Daha bir idmançımız mübarizəni dayandırdı

Daha bir idmançımız mübarizəni dayandırdı

Badmintonçumuz Edi Reski Dviçayo L qrupunda növbəti görüşünü keçirib.

Qaynarinfo xəbər verir ki, Dviçayo dünya və Avropa çempionu Anders Antonsenlə (Danimarka) qarşılaşıb. Görüşün favoriti olan danimarkalı badmintonçu sürprizə imkan verməyib. Oyun Antonsenin 2:0 (21:16, 21:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Dviçayo Nquen Tyen Mini (Vyetnam) qabaqlayaraq L qrupunu ikinci sırada bitirib, Anders Antonsen isə birinci olub. Yalnız qrup liderləri mərhələ adladığından, 23 yaşlı badmintonçumuz Tokio-2020-də mübarizəni dayandırıb.
XƏBƏRLƏR
BLOGLAR
X