phrase_var_qaynar. 16:10 20.06.2021

Daha bir idmançımız Paralimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.

Qaynarinfo Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, BƏƏ-nin Dubay şəhərində keçirilən Dünya Kubokunda parapauerliftinq üzrə milli komandamızın üzvü Pərvin Məmmədov (49 kq) 157 kq nəticə göstərərək, yarışı 4-cü yerdə yekunlaşdırıb.

Yüksək nəticə əldə etmiş Pərvin Məmmədov ölkəmizi Tokio-2020 Yay Paralimpiya Oyunlarında təmsil etmək hüququ qazanıb. Bu, Azərbaycanın Paralimpiya Oyunlarına 19-cu lisenziyası olub.
 

Oxşar xəbərlər