Ölkə 14:20 03.07.2020

Daha bir jurnalist koronavirusa yoluxdu

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusa yoluxub. 

Qaynarinfo xəbər verir ki, bu barədə Aynur Nəsirova "Facebook" səhifəsində paylaşım edib.

O, hazırda xəstəxanada olduğunu bildirib: "Narahat olan dostlarım, tələbələrim, həmkarlarım, hər şey yaxşıdı. Xəstəxanada güvəndəyəm. Özünüzü qoruyun".

Qeyd edək ki, A.Nəsirova həm də  "ARB24" televiziyasının baş redaktor müavinidir.