Ölkə 14:20 14.01.2021

Daha bir şəhidimiz dəfn edildi (FOTO)

Vətən müharibəsində Murov dağı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

Report xəbər verir ki, o, doğulduğu rayonun Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, o, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.