Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində təxribata cəhd edən erməni əsgəri yaralanıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 12:00 radələrində Ermənistanın şimal-şərq sərhəddində təxribata cəhd edən 19 yaşlı erməni əsgəri yaralanıb.
Hadisəni Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəisi təsdiqləyib.
Məlumata görə, erməni əsgəri sağ çiyin nahiyəsindən odlu silah yarası alıb və hazırda Ermənistan mərkəzi klinik hospitaldadır
Şərhlər