Xəbər lenti

Daha iki güləşçimiz dünya çempionu oldu
İdman 10:53 22.08.2013

Daha iki güləşçimiz dünya çempionu oldu

İslam qırğız, belarus, erməni, rus və macar güləşçilərindən üstün olub

Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kq çəkidə güləşçilərin mübarizəsi baş tutub. Güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb.
 
Yunan-Roma güləşi yarışlarının ilk günündə güləşçilərimiz 1 qızıl medal qazanıb. Ümumilikdə 3 qızıl və 1 bürünc medala sahib olan yığmamız komanda hesabında 53 xalla ikinci sırada qərarlaşıb. İlk sıranı 62 xalla Rusiya, üçüncü sıranı isə 42 xalla Qırğızıstan komandası tutub.
 
42 kq

Seymur Hüseynov 1/8 finalda Türkiyə güləşçisini (8:2) məğlub etsə də, qırğız güləşçi ilə görüşdə (1:7) uduzub. Rəqibin finala yüksəlməsi təmsilçimizə medal yolu açıb. Ancaq Seymur Hüseynov bu imkandan yararlana bilməyib. Təsəslliverici görüşdə ABŞ-dan olan rəqibinə (5:6) uduzan Seymur çempionatı medalsız başa vurub.
 
46 kq

1/8 finaldan mübarizəyə qoşulan Kənan Cəfərov Bolqarıstan (7:0) və Macarıstan (11:9) təmsilçilərini üstələyib, ancaq yarımfinalda İran güləşçisinə (5:7) uduzub. Kənan Cəfərov Belarus təmsilçisi ilə bürünc medal görüşündə (6:0) qalib gələrək, dünya çempionatını üçüncü sırada tamamlayıb.
 
69 kq

Mehrac Kərimov 1/16 finalda Qırğızıstan təmsilçisini (3:1) üstələyib, ancaq 1/8 finalda ABŞ təmsilçisinə (1:7) uduzub və mübarizəni dayandırıb.
 
76 kq

1/16 finaldan mübarizəyə başlayan İslam Abbasov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq qırğız (7:0, təmiz qələbə), belarus (8:0), erməni (7:0) və rus (9:0) güləşçilər üzərində inamlı qələbələr qazanıb. Finalda təmsilçimiz macar güləşçiyə də heç bir şans verməyib (8:0) və dünya çempionu olub. Bütün bu görüşlərdə rəqiblərindən ümumilikdə 39 xal alan İslam Abbasov, heç bir rəqibinə xal verməyib.

85 kq

Soslan Fanziyev də mübarizəyə 1/16 finaldan başlayıb və finala yüksəlib. Qazaxıstan (7:0), Belarus (11:3), Bolqarıstan (5:0) və İran (4:0) təmsilçilərini üstələyən güləşçimiz finalda Türkiyəli pəhləvanla qarşılaşıb. Maraqlı və gərgin keçən qarşılaşmada Soslan Fanziyev rəqibini təmiz qələbə ilə üstələyib və qızıl medala sahib olub.

Qaynar.info    

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->