Qarabağda döyüşlər zamanı ölən daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
"Qafqazinfo" erməni KİV-nə istinadən xəbər verir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkarlanıb.
Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 579-a çatıb.
Şərhlər