Dünya 11:20 02.08.2021

“Daily Star” dəfnində dirilən adamdan yazdı

Livanın Bekaa əyalətinin El-Hirmil şəhərində bənzərsiz hadisə baş verib. 

Bu haqda ynarindo "Daily Star”a istinadla məlumat verir. Qəzetin yazdığına görə, bir kişi kədər içində olan qohumlarının gözü qarşısında dirilib. Hadisə dəfn mərasiminə başlandığı vaxt olub.

Mərhumun cəsədi olan tabut qəbiristanlığa aparılacaqdı. Cənazə vidalaşmaq üçün yaxınları tərəfindən əhatəyə alınıb. Ancaq daha diqqətli adamlar "ölü"nün nəfəs aldığını və yüngülcə tərpəndiyini görüblər. Ona dərhal ürək-ağciyər reanimasiyası verilib və təcili yardım çağırılıb.

Xəstəxanaya yerləşdirildikdən sonra həkimlər onun yaşadığnı elan edib və lazımi kömək göstəriblər. Livanlının "ölüm səbəbi" məlum deyil.

Alpər