Dağıstan rəhbəri vəzifəsini müvəqqəti icra edən Ramazan Abdulatipov respublika hökumətini istefaya göndərib.
Bu barədə Trend "İnterfaks" agentliyinə istinadən məlumat verir.
Məlumata görə, istefa qərarı bu gün Dağıstanın sosial-iqtisadi vəziyyəti üzrə keçirilən iclasda açıqlanıb.
Hökumət sədri səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə Anatoli Karibov təyin edilib.
Qaynar.info
Şərhlər