Dağlıq Qarabağdakı separatçı rejimin "baş naziri” Araik Arutunyanın "Reuters” agentliyinə verdiyi və Rusiya parlamentinin rəsmi orqanı "Parlamentskaya qazeta”da dərc olunan müsahibəsi qəzetin saytından çıxarılıb.
"Parlamentskaya qazeta”da nəşr olunan "Dağlıq Qarabağ respublikasının baş naziri: Konflikt tərəfləri kompromisə hazır deyillər” başlıqlı yazıda "Dağlıq Qarabağ Respublikası” ifadəsi dırnaq içində verilməyib.
Yazıda separatçıların "baş nazir”inin açıqlamaları, Dağlıq Qarabağ münaqişəsi haqqında fikirləri yer alıb. Qəzet yazıb ki, tanınmamış respublikanın baş naziri 1991-94-cü illərdə Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın "RİA Novosti” informasiya agentliyində "Qarabağ 25 ildə tanınmamağa alışıb” ("Карабах за 25 лет научился быть непризнанным”) adlı analitik yazı çıxmış və yazı iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Belə ki, Azərbaycan tərəfi bu yazıya görə Rusiyaya nota verib.
APA
Şərhlər