Danimarka klubundan Azərbaycan yığmasının müdafiəçisinə təklif

Danimarka klubundan Azərbaycan yığmasının müdafiəçisinə təklif

Danimarkanın "Vayle” klubu millimizin və "Sabah”ın futbolçusu Bəhlul Mustafazadəni transfer etmək istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə Danimarka mətbuatı məlumat yayıb.

Yutlandiya yarımadasında yerləşən Vayle şəhərinin klubu 27 yaşlı xorvat yarımmüdafiəçi Denis Kolinqeri transfer etsə də, bu qış müdafiə xəttinin də gücləndiriləcəyi deyilir. Bunun üçün Danimarka Super Liqa klubu 23 yaşlı mərkəz müdafiəçisi olan Bəhlulu istəyir. Klub daha sonra almaq şərti ilə onu icarəyə götürmək istəyir.

"Sabah” Bəhlul Mustafazadənin Danimarkanın "Vayle” klubu tərəfindən istənilməsinə münasibət bildirib.

Bakı klubundan oxu.az-a bildirilib ki, Vayle təmsilçisindən rəsmi müraciət olub. Lakin klublar futbolçunun icarə müqaviləsində razılığa gələ bilməyiblər. Bu üzdən də keçid baş tutmayacaq.

Xatırladaq ki, Bəhlul Mustafazadənin adı 2019-cu ilin aprelində Şotlandiya nəhəngləri - "Seltik” və "Reyncers” klubları ilə də yanaşı çəkilib.

Qeyd edək ki, rumıniyalı Konstantin Qılkenin baş məşqçisi olduğu komanda hazırda Danimarka Super Liqasının debütantıdır. Komanda hazırda 13 turdan sonra 15 xalla 10-cu sıradadır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR