Dünya 16:54 03.06.2020

“Dartanyan” möhkəm arıqladı və ruslardan kömək istədi

Məşhur rus aktyoru Mixail Boyarski İnstaqramda sümük iliyi transplantasiyasına ehtiyacı olan iki oğlan - Mark və Adrian Botvin üçün vəsait toplamağa həsr olunmuş video mesaj yerləşdirib. 

Qaynarinfo xəbər verir ki, videoda Boyarski simfonik orkestrdə işləyən həmkarının ailəsindəki kədərdən danışır. Onun haqlarında danışdığı oğlanların cərrahiyyə əməliyyatı yalnız xaricdə keçirilə bilər. Sağlamlıqları hər gün pisləşir. Onları yalnız əməliyyat xilas edə bilər. Sənətçi rusları uşaqlara kömək etməyə çağırıb.

Lakin Boyarskinin statusu abunəçiləri maraqlandıran suallara səbəb olub. Videoda o, yorğun, arıq görünür, saçı demək olar tökülüb, qalanları isə ağarıb. İnsanların sevimli aktyorunu tanımaq çətindir. "Mixail Sergeyeviç, səhhətiniz necədir?" Çox arıqlayıbsınız”, - istifadəçilərdən biri qeyd edib. "Ümid edirəm ki, hər şey yaxşı olacaq! Sizə sağlamlıq arzulayıram!” - başqa biri əlavə edib.

Qeyd edək ki, Mark və Adrian Botvin 3 və 5 yaşındadır. Adrenoleukodistrofiyadan əziyyət çəkirlər - bu nadir genetik patologiyadır. Şəbəkədə qayğıkeş həmvətənlər simfonik orkestrin musiqiçisinin uşaqlarına kömək etməyə çalışırlar.

Alpər