Daşkəsənə yağan güclü yağış və dolu fəsadlar yaradıb.
"Qafqazinfo"nun verdiyi məlumata görə, bu gün saat 17:00 radələrindən başlayaraq qərb bölgəsində yağmağa başlayan yağış bəzi ərazilərdə daha intensiv olmaqla küləklə müşahidə olunub. Daşkəsən rayonuna yağış, daha sonra dolu yağmağa başlayıb.
Təbiət hadisəsi nəticəsində rayonunun elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib. Bəzi ərazilərdə ağaclar qırılıb. Baş verənlərlə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib.
Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Şərhlər