Ölkə 17:47 28.01.2021

“Davam”ın İdarə Heyətinin üzvü Qlobal Startup Mükafatı qazandı

27 yanvar tarixində Qlobal Startup Mükafatının bütün dünya üzrə qalibləri onlayn keçirilən sammitdə məlum olub. 89 finalist arasından 9 nominasiya üzrə 9 qalibin adı səsvermə nəticəsində ictimaiyyətə açıqlanıb.

"People’s Choice: Individual" nominasiyası üzrə finalçı olan 5 ölkə arasında (Azərbaycan, Mavritaniya, Avstriya, İtaliya, Cənubi Afrika Respublikası) Azərbaycanı təmsil edən Sara Rəcəbli (BUTA Art & Sweets) 5591 səs toplayaraq qalib gəlib.

Qeyd edək ki, Qlobal Startup Mükafatı sammitində Sara Rəcəbli ilk dəfədir ki, iştirak edir və bu dövrə kimi yeganə qalib olan azərbaycanlıdır.
 
Sara Rəcəbli 2017-ci ildə BUTA Art & Sweets sosial biznesini təsis edib. Əsas məqsədi məhdudiyyəti olan qadınların hazırladığı şirniyyatların satışı ilə işsizlik problemini həll etməkdir. 

Məlumat üçün qeyd edək ki, Qlobal Startup Mükafatı təşkilatının əsas məqsədi milli, regional və qlobal səviyyədə startup ekosistemlərində dəyişiklik edənləri dünyaya nümayiş etdirmək və daha çox insanı sahibkar olmağa ruhlandırmaqdır.