Xəbər lenti

Dəlixanadan qaçan ruhi xəstə axtarılır (VİDEO)
Ölkə 21:38 11.08.2017

Dəlixanadan qaçan ruhi xəstə axtarılır (VİDEO)

Sumqayıt sakini, 33 yaşlı Nicat Nəsirov müalicə aldığı Ruhi əsəb Xəstəlikləri Dispanserindən qaçıb.

"Qaynarinfo" Xəzər TV-yə istinadən məlumatına görə, hadisə avqustun ikisində baş verib. 

Doqquz gündür xəstənin axtarışları davam etdirilir. 

Dispanserdən qaçan Nicat Nəsirovun anası Mehriban Ağayeva bildirib ki, xəbəri ona telefonla veriblər. Rusiyada yaşadığı üçün dərhal bilet alaraq geri qayıdıb.

Söhbət əsnasında məlum olub ki, Nicat evdə olarkən də tez-tez qaçırmış. Ananın sözlərinə görə oğlu idmançı olub və əvvəllər ailəsi ilə Rusiyada yaşayıb. Xəstəliyi də məhz həmin ölkədə yaranıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər Ruhi əsəb Xəstəlikləri Dispanserindən verilən məlumata görə Nicat avqust ayının ikisi, saat 18:30 radələrində xəstələr yeməkxanaya aparılarkən qaçıb. Sözügedən xəstə termosuna çay doldurub geri gələcəyini söyləyib, lakin imkan düşən kimi qaçaraq hasarı tullanıb. Nəzarətçi həkimlər isə ona çata bilməyiblər. 

Həkimlər iddia edirlər ki, xəstənin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə yaddaş zəifliyi var və ünvanı, telefon nömrələrini xatırlamaqda çətinlik çəkir. 

Nəsirov Nicat Ağahüseyn oğlunun axtarışları davam etdirilir. Onu görənlərdən polisə müraciət etməsi xahiş olunur.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->