Ödəniş terminalları yeni əskinasları niyə qəbul etmir? - Rəsmi açıqlama (VİDEO)

Ödəniş terminalları yeni əskinasları niyə qəbul etmir? - Rəsmi açıqlama (VİDEO)

Son günlər mətbuatda bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarını qəbul etməkdə müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb, müvafiq pul nişanları ilə təmin edilib.

AMB-nin apardığı monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR