"Dənizçilərə Sosial Dəstək" İctimai Birliyi Azərbaycan Ordusuna yardım edib.
Bu barədə Qaynarinfo-ya ictimi birliyin sədri, şair-publisist, gəmi kapitanı Faiq Balabəyli məlumat verib. Sədr bildirib ki, birliyin yardım kampaniyasına Birləşmiş Ərəb Əmirliyində, Səudiyyə Ərəbistanında, Qətərdə, Sinqapurda, Türkiyədə, Dubayda işləyən dənizçilərimiz də qatılıblar:
"Özləri vətəndən çox-çox uzaqda olan dənizçilərimizin ailə üzvlərinin və doğmalarının xüsusi qutularda qablaşdırdıqları sovqatlar aparılaraq ön cəbhədə vuruşan əsgər və zabitlərimizə çatdırıldı. Uzaq səfərlər kapitanları - Nazim Həbibov, Qarbağa qazisi Ramiz Hüseynov, Şakir Məmmədov, Valeh Ağabalayev, Qüdrət Məhərrəmov, Fərhad Şahpələngov, Feyzulla Əliyev, Asəf Paşayev, baş mexaniklər Mehdi Yusifov və İlqar Əhədovun ailələri və doğmaları bu aksiyada yaxından iştirak etdilər. Hər qutuda dənizçilərimizin məktəbli övladlarının və nəvələrinin məktubları və əsgərlərimizin qəhrəmanlığını əks etdirən rəsmlər yer alıb. Bundan başqa AZDG QSC Silahlı Qüvvələrə ayrıca yardım fonduna kifayət qədər yardım etsə də, DSD İB-nin bu aksiyasının gerçəkləşməsində də yaxındaqn iştirak edib”.
F.Balabəyli tanınmış yazıçı Aləm Kəngərli, televiziya jurnalistləri Mintac Elsevər və Sevinc Muradovanın da sovqat paylarının cəbhə bölgəsinə çatdırdığını vurğulayıb.
Bahar Rüstəmli
Şərhlər