"Masallının Qızılağac kəndində ilbizlər taxıl sahəsinə daraşıb".
Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov deyib.
Fermer bildirib ki, bu səbəbdən taxıl sahələrinin əksəriyyəti "keçəlləşib”:
"Taxıl sahələrinə baxanda adamı ağlamaq tutur, ilbizlər taxılı elə yeyib ki, torpaq görünür. Artıq kartof sahələrinə də hücum çəkib. Kartofun hazırda torpaqdan çıxan vaxtıdır. Kartof torpaqda görünən kimi ilbizlər yeyir. Hardasa 11 hektar kələm sahəsini ilbiz basdı, məcbur olub oranı buraxdım, ilbizlə mübarizə apara bilmədim. Cənub bölgəsi nəmişlikdir. Bu səbəbdən ilbizlər burada daha çoxdur. Mənim kimi bütün fermerlər əziyyət çəkir”.
Fermer Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib:
"Cənab Məcnun Məmmədov, biz batırıq, az qala ilbizlər bizə daraşır. Təcili təxirəsalınmaz tədbirlər görülməlidir, yoxsa bütün sahibkarların əməyi heçə gedəcək”.
Bahar Rüstəmli
Şərhlər