Video 13:09 18.10.2021

Deputat: "Buna görə artıq uşaq pulu ilə bağlı məsələni müzakirə etmirəm” (VİDEO)

"Hesab edirəm ki, uşaq pulunun verilməsi ilə bağlı məsələ insanların tələb etdiyi səviyyədə deyil, həmin şəhid anasının tələb etdiyi qaydada yerinə yetirilə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev şəhid Ruslan Abbasovun il mərasimində şəhid analarından biri hökumətə müraciət edərək ailələrə uşaq pulu verilməsini təklifnə münasibətində deyib. Onun sözlərinə görə, ərazilərin bərpası üçün lazım olan məbləğ böyük olduğundan hökümət uğaq pulu ilə bağlı məsələni müzakirə etmək istəmir:



"Bütün cəmiyyət uşaq pullarının verilməsi ilə bağlı Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin fikirləri ilə tanışdır. Bununla bağlı hər zaman çıxışlar etmişəm, fikirlər bildirmişəm. Uşaq pulu bu gün müzakirə olunan mövzulardandır və gündəmdən düşmür. Müzakirələr gedən zaman hökümət tərəfindən müsbət reaksiyalar gəlirdi. 44 günlük müharibə başladı və işğal altında olan torpaqlar azad edildi. Bu gün biz həmin ərazilərin necə vəziyyətdə olmasını görürük, bundan əlavə bir milyon qaçqın-köçkün də yaşamaq üçün həmin torpaqlara qayıtmalıdır. Yaxın illər ərzində hökümətin əsas işi onların öz yurdlarına tam olaraq köçürülməsidir. Bu müddət ərzində büdcənin və Azərbaycanın neft gəlirlərinin üzərində ciddi basqı var. Buna görə də hesab edirəm ki, ərazilərin bərpası üçün lazım olan məbləğ böyük olduğundan hələlik hökümət uşaq pulu ilə bağlı məsələni müzakirə etmək istəmir. Mən bunu başa düşdüyümdən artıq uğaq pulu ilə bağlı məsələni müzakir etmirəm”.

Deputat hesab edir ki, uşaq pulu verilməlidir:

"Amma digər tərəfdən gözümüzün önündə dağdılmış Qarabağ var. Yeni doğulan uşaqlara 3 yaşına kimi pulsuz uşaq yeməkləri və müavinətlər verilə bilər”.

Qeyd edək ki, şəhid Ruslan Abbasovun il mərasimində şəhid analarından biri hökumətə müraciət edərək övladını çətinliklə böyüdən ailələrə uşaq pulu verilməsini təklif edib. Şəhid anası mərasimdə iştirak edən deputata üzünü tutaraq təklifini ölkə rəhbərliyinə çatdırmağı xahiş edib:

"Mən şəhid analarımızın adından müraciət etmək istəyirəm. Şəxsən mən müəllimə idim, işləyirdim, yoldaşım da müəllim idi, amma övladımı çox çətinliklə böyütmüşdüm. Amma elə ailələr var ki, orada analar işləmir, atalar xəstədir, nəsə problemi var. Bizdən keçdi, heç olmasa, cavan analara uşaq pulu ayrılsın. Çox yox, heç olmasa 30,40, 50, 60 manat... Heç olmasa uşağının südünü ala bilsin. Dövlətimizdən xahiş edirəm, gənc analara dəstək olun, uşaq pulu verin. Mən yorğan-döşəyimin üzünü, astarını satmışam, yununu satmışam, qulağımın sırğasını satmışam, övlad böyütmüşəm. Dövlət vaxtında mənə dəstək olmadı, yerdə qalanlara dəstək olsun, bu qazilərimizə dəstək olsun. Bunu istəyirəm. Çünki vətənin ən dar, çətin günündə o kasıb balalar ayağa qalxır”.

Bahar Rüstəmli