"Pandemiya genişlənəcəyi halda dünyada yeni böhran yaşana bilər”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, neftin bazar qiymətində yenidən azalmalar müşahidə olunur:
"Avqust ayında 1 bareli 45 dollara yaxınlaşan Brent markalı neft indi 42 dollardan ucuz təklif olunur. Neftin qiymətindəki azalmalar daha çox ABŞ-da benzinə tələbin azalması və sözügedən ölkənin 22 ştatında koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədardır. Digər tərəfdən, əksər beynəlxalq qurumlar da pandemiyanın ikinci dalğasının olacağını və hətta dünya iqtisadiyyatındakı itkilərin 35 tirlyon dollaradək artacağı barədə açıqlamalar verirlər. Bu isə ondan xəbər verir ki, pandemiya genişlənəcəyi halda dünyada yeni böhran yaşana bilər”.
Vüqar Bayramovun fikrincə, dünya iqtisadiyyatında son 2 ayda müşahidə olunan canlanma sadəcə böhran öncəsi nisbi sakitlik də ola bilər.
Bahar Rüstəmli
Şərhlər