Xəbər lenti

Deputat səhiyyə biabırçılığından danışdı:
Ölkə 22:58 12.04.2019

Deputat səhiyyə biabırçılığından danışdı: "Qoyulan diaqnozları ciddiyə almayın!"

"Orada ciddi müayinədən keçirilib və anlaşılıb ki,onkologiyaya aid heç bir problemi olmayıb".

Qaynarinfo xəbər verir ki bu sözləri millət vəkili Fazil Mustafa yaxın qohumuna onkoloji xəstəliklə bağlı səhv diaqnoz qoyulduğunu şərh edərkən deyib.

"Uzaq qohumlardan bir xanım var. Bəlkə də15 ildir Bakıda onkoloji xəstəlik diaqnozu quyublar və hər il bədəninə ximya yeridirlər. Əlndə olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki,onkologiyaya aid heç bir problemi olmayıb. Sadəcə illərdir bədəninə yeridilən kimyəvi maddələr orqanizmində ciddi fəsadlar yaradıb. İndi bədənindən həmin zəhərləri təmizləməklə məşğuldurlar. Səhhəti və moralı xeyli yaxşılaşıb. Ona görə də Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar, Bu səbəbdən də burada qoyulan diaqnozları elə də ciddiyə almayın!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->