Xəbər lenti

Deputatdan azərbaycanlı fəallara dəstək - AÇIQLAMA
Siyasət 18:05 02.08.2013

Deputatdan azərbaycanlı fəallara dəstək - AÇIQLAMA

 FərəcQuliyev: “Biz də mübarizə aparan insanların yanındayıq”

“İranda milli azadlıq hərəkatı fəaliyyətini davam etdirir. Onların fəaliyyətlərinin boğulması üçün İran tərəfi tədbirlər görür”.

Bunu Qaynar.info-ya Milli Məclisin deputatı Fərəc Quliyev “Yeni GAMOH” liderlərinin (Lətif Həsənli, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə və Şəhram Radmehrə) keçirdiyi aclıq aksiyasına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, İranda insanlar öz canları bahasına mübarizə aparırlar: “Yəni onlar aclıq etməklə ölümü göz önünə alırlar. İstəkləri nədir? Milli haqlarını tələb edirlər. İran hökuməti də onları təqib edir, həbsə atır. İnsanların problemini dünyanın diqqətinə çatdırmaq üçün başqa yolları qalmayıb. Əlbəttə, biz də mübarizə aparan insanların yanındayıq”.

F.Quliyevin hesab edir ki, Şimali Azərbaycan həmin insanlara daha çox mənəvi dəstək ola bilər: “Təbii ki, Azərbaycandakı siyasi partiyalar, KİV-lər öz etirazlarını bildirirlər. Bu məsələdə Azərbaycanın protokol qaydalarını gözləməsini anlamaq olar. Cəmiyyət bununla bağlı daha ciddi təpki göstərməlidir. Hələ bu qənaətbəxş deyil”.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->