Xəbər lenti

Milli Məclisdə qəbiristanlıqlarla bağlı təklif
Ölkə 12:44 30.09.2025

Milli Məclisdə qəbiristanlıqlarla bağlı təklif

"Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı parlamentin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir:

"Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir. Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır".

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->