Xəbər lenti

Ekonomiks 23:55 29.12.2025

"Gələn il Azərbaycan tarixinin ən böyük büdcəsi olacaq" - Nazir

"Neft gəlirlərindən asılılığın azaldılması və valyuta ehtiyatlarının qorunması qarşımızda duran ana hədəflərdən biridir".

Unikal xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev AzTV-nin "Hədəf" verilişində deyib. 

"Növbəti ilin icmal büdcəsi 45 milyard manatdan artıq gəlirlərlə 48,8 milyard manatlıq isə xərc portfeli ilə Azərbaycan tarixinin ən böyük büdcəsidir. Bu, rekord göstəricidir. İcmal büdcəmizin xərclərinin ÜDM-də payı 36,4 faiz olaraq planlaşdırılır, qeyri-neft ÜDM-də payı isə 48 faiz ətrafında planlaşdırılır. Bunun özü çox əhəmiyyətli bir rəqəmdir. Düşünürük ki, tarixi bir göstərici olmaqla Azərbaycanda gələn il həyata keçiriləcək dövlət siyasətinin maliyyə təminatı bu parametrlər çərçivəsində qorunmuşdur", - deyə nazir qeyd edib. 
--> -->