Xəbər lenti

Təcili yardım avtomobili 73 yaşlı qadını vuraraq öldürdü (YENİLƏNİB)
Ölkə 19:37 29.12.2025

Təcili yardım avtomobili 73 yaşlı qadını vuraraq öldürdü (YENİLƏNİB)

Goranboyda təcili tibbi yardım avtomobilinin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

APA-nın  məlumatına görə, qəzada ölən şəxsin Yevlax rayonunun Aran qəsəbə sakini 1952-ci il təvəllüdlü Ş.Bağırova olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
09:56
 
Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki hərəkətdə olan Gəncə Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
--> -->