Rusiya ordusunun Kiyevin enerji sisteminə etdiyi son kütləvi hücum dekabr ayında istehsal edilmiş silahlarla həyata keçirilib. Bu, Moskvanın əlində ciddi raket ehtiyatının olmadığını göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə UNİAN-a açıqlamasında energetika eksperti Gennadi Ryabtsev
bildirib.
"Aidiyyəti xidmətlərimiz və səlahiyyətli orqanlar tərəfindən müəyyən edilən silah markalanmalarına əsasən əminliklə demək olar ki, Kiyevə qarşı artıq dekabr ayında Rusiya hərbi-sənaye kompleksi tərəfindən istehsal olunmuş raketlər buraxılıb", – deyə Ryabtsev qeyd edib.
Ekspertin sözlərinə görə, Rusiya istehsal etdiyi silahları böyük ehtiyatlar toplamağa imkan tapmadan dərhal istifadə edir:
"Yəni, onlar nə istehsal edirlərsə, dərhal da döyüşə buraxırlar. Onlarda böyük həcmdə heç bir ehtiyat və ya digər anbar ehtiyatı yoxdur".
Eyni zamanda, Ukraynadakı energetika vəziyyəti hələlik nəzarət altındadır və elektrik enerjisinin istehsalı (generasiyası) ilə bağlı ciddi problemlər yoxdur.
"Generasiya ilə bağlı hələlik problem yoxdur və atom elektrik stansiyaları tədricən planlaşdırılmış gücə çıxır. Çünki orada da hücumlar olmuşdu, o cümlədən atom stansiyalarından gələn gücü ötürən yarımstansiyalar hədəf alınmışdı", – deyə Ryabtsev bildirib.
Lakin o xəbərdarlıq edib ki, bu müsbət senari yeni zərbələr endiriləcəyi təqdirdə dəyişə bilər:
"Gələcəkdə baş verəcəklərlə bağlı ehtiyatlı nikbinliyim var, lakin bu nikbinlik növbəti bir zərbə ilə məhv ola bilər".
Ekspert vurğulayıb ki, Rusiyanın imkanlarının məhdud olmasına baxmayaraq, Ukrayna enerji obyektlərinin həm aktiv (HHM), həm də mühəndis-texniki müdafiəsini gücləndirməyə davam etməlidir.
Xatıaladaq ki, 27 dekabrda Rusiya növbəti dəfə dron və raketlərlə Kiyevə və ətraf bölgələrə kütləvi zərbələr endirib. Düşmənin əsas hədəfi enerji infrastrukturu olub. Bu hücumun nəticələrinə görə, Kiyevin sol sahilində təcili elektrik kəsintiləri tətbiq olunub.
Millət vəkili Sergey Naqornyakın proqnozuna görə, Kiyev vilayətində işıqla bağlı vəziyyəti bir həftə ərzində stabilləşdirmək mümkün olacaq.
Alpər
Şərhlər