Xəbər lenti

Deputatdan Rüstəm İbrahimbəyova DƏSTƏK
Siyasət 12:40 06.04.2013

Deputatdan Rüstəm İbrahimbəyova DƏSTƏK

Sabir Rüstəmxanlı: “Rüstəm İbrahimbəyov bu məsələyə fəlsəfi yanaşıb”

“Tarix, zaman konteksti baxımından iki qonşu millət bir-birlərinə düşmən ola bilməz. Əgər ermənilərin Qarabağ iddiaları filan olmasa, dini ayrı olan, amma adət-ənənəsi, məişəti bizə yaxın olan ikinci belə bir millət yoxdur. Ermənilər bizimlə birgə yaşadıqlarına görə son dərəcə yaxın olublar”.

Bunu Qaynar.info-ya Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı tanınmış kinematoqraf Rüstəm İbrahimbəyovun ermənilərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

Millət vəkilinin sözlərinə görə, vaxtilə Bakıda yaşamış sadə ermənlər Azərbaycan xalqı ilə münasibətləri tam normal olub və heç bir düşmənçilikləri olmayıb: “Onları nə Qarabağ, nə Zəngəzur, nə də digər torpaqlar maraqlanıdırırdı. Rüstəm İbrahimbəyov bu mənada deyib. O insanların ki, həyatlarını qurub yaşamaqdan başqa niyyətləri yoxdur, həmin insanlar düşmən ola bilməzlər. Düşmənçilik daha çox dövlətlərin, hakimiyyətlərin maraq dairəsindədir. Ermənistan ideyasını bütün millətin beyninə salan, sadə erməniləri bu xəstəliyə yoluxduran tarixçilərdi, erməni kilsəsidir, diaspor təşkilatları, ziyalılardır. Bu mənada erməni xalqının böyük əksəriyyəti yalana uymuş insanlardı. Əslində, onların bu məsələdə günahları yoxdur. Bu gün də Dağlıq Qarabağın özündə Azərbaycana yaxınlaşmaq, köhnə münasibətləri bərpa etmək istəyən kifayət qədər adamlar var. Amma onlar siyasətin və siyasətçilərin əsiridir. Baxmayaraq ki, Ermənistanda ildən-ilə orta məktəblərdə türk, Azərbaycan düşməçiliyi təbliğ olunur,  amma sadə ermənilərin içində müharibədən, torpaq iddiası olmayan, Türkiyə və Azərbaycanla rahat yaşamaq istəyən qüvvələr var. Buna görə də Rüstəm İbrahimbəyovu başa düşmək olar”.

S.Rüstəmxanlı qeyd edib ki, Qarabağ münaqişəsini yaradan ermənilər olmayıb: “Vaxtilə orada bir qrup adam, yəni Rusiyaya elçi düşən erməni kilsəsi süni yolla İrəvan xanlığının bazasında erməni vilayəti yaratdı. O vaxtdan, yəni Rusiyanın maraq dairəsində olduğuna görə bu problem yaranıb. Onu da deyim ki, 4 tərəfindən Azərbaycana maraq var”.

Qeyd edək ki, “Milyaderlər İttifaqı”nın üzvü, tanınmış kinematoqraf Rüstəm İbrahimbəyov Rusiyanın “Rosbalt” İnformasiya Agentliyinə müsahibəsində deyib ki, Azərbaycan xalqı ilə erməni xalqı düşmən deyil. R.İbrahimbəyov bildirib ki, Azərbaycan və Ermənistan vaxtilə bir dövlət olublar: “Nə qədər ki, biz bir dövlətdə yaşayırdıq, heç bir torpaq iddiaları yox idi. Bunlar yalnız arzu xarakteri daşıyırdı, nəinki hərbi əməliyyat məqsədi”.

İlkin
Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->