Deputatlığa namizəd Peyman Sadıqov şəhid ailələrini ziyarət edib (FOTOLAR)

Deputatlığa namizəd Peyman Sadıqov şəhid ailələrini ziyarət edib (FOTOLAR)

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib.

Qaynarinfo xəbər verir ki, Şəhid Muradov Məhəmməd Yadulla oğlunun və şəhid Əliyev Kamil Fazil oğlunun ailə üzvləri ilə görüşən Peyman Sadıqov bildirib ki, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır.

Sizin yaxınlarınız torpaq uğrunda, Vətən uğrunda həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Deputatlığa namizəd Peyman Sadıqov görüş zamanı Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu deyib: "Siz Azərbaycanın ən dəyərli və hörmətəlayiq vətəndaşlarısınız. Sizin sosial rifahınız yaxşılaşması və ehtiyaclarınızın qarşılanması üçün indiyə kimi böyük işlər görülübdür. Əmin olun ki, dövlətimiz bundan sonra sizin yanınızda olacaq. Daha sonra Peyman Sadıqov bildirib ki, şəhidlərin ailə üzvləri həmişə başlarını dik tutmalıdırlar, çünki onların əzizləri müqəddəs torpaq - Vətən uğrunda canlarını qurban veriblər.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib, Peyman Sadıqova 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində uğurlar arzulayıblar, ailə üzvləri ilə birlikdə seçkilərə gələcəklərini və əminliklə Peyman Sadıqova səs verəcəklərini bildiriblər.
XƏBƏRLƏR
BLOGLAR