Dərsə gəlməyən şagirdlər sinifdə saxlanılacaq? (RƏSMİ)

Dərsə gəlməyən şagirdlər sinifdə saxlanılacaq? (RƏSMİ)

Bakıda Yusif Mirzəyev adına 44 nömrəli məktəbdə beşinci siniflərə həftədə beş gün dərs keçirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "oxu.az”a valideynlər tərəfindən şikayət ünvanlanıb.

Bildirilib ki, dərslərin həftədə beş gün keçirilməsinə etiraz edildikdə şagirdləri sinifdə saxlanacağı deyilir.

İddialarda dərslər zamanı heç bir məsafənin olmadığı qeyd edilib.

Məsələ barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən bildirilib ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, layihə tutumu və şagird sıxlığı imkan verən (sosial məsafə 1,5 metr gözlənməklə) ümumi təhsil müəssisələrində pandemiya qaydalarını gözləməklə I-IX siniflərdə həftədə 5 gün və məktəbəhazırlıq qruplarında isə həftədə 4 gün tədris əyani formada təmin edilir.

"Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır”, - deyə qurumdan qeyd edilib.

X
XƏBƏRLƏR
BLOGLAR