Dərslər niyə həftədə 3 dəfə keçiriləcək? - Nazirlik açıqladı

Dərslər niyə həftədə 3 dəfə keçiriləcək? - Nazirlik açıqladı

Təhsil Nazirliyi ibtidai siniflərdə dərslərin həftədə 3 dəfə keçirilməsi məsələsinə aydınlıq gətirib.

Qaynarinfo-nun xəbərinə görə, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə ibtidai siniflərdə şagird sıxlığı nəzərə alınmadan dərslər həftədə 3 dəfə keçiriləcək.

O qeyd edib ki, belə qərar verilməsinə səbəb həmin ərazilərin risk qrupuna aid olması və orada şəhərdaxili hərəkətliliyi azaltmaqdır: "Regionlarda isə əgər sinifdaxili sıxlıq imkan verəcək ki, orada həftədə 3 dəfə dərslər keçirilsin. Əgər hər şey qaydasındadırsa, şagirdlərin tək-tək partalarda oturma şəraiti olsa, o zaman dərslər həftədə 5 dəfə olacaq”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR