Maqazin 12:56 29.03.2020

Devid Bekhemin 72 yaşlı atası gəlininin acığına evlənir

Veteran futbolçu Devid Bekhemin atası 72 yaşlı Ted yenidən evlənmək niyyətində olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, sabiq futbolçunun atası özündən 10 yaş kiçik olan vəkil Hillari Mereditlə evlənəcək. Ted Bekhem sevgilisi ilə keçən il, Devidin anası - 33 il birlikdə yaşadığı Sandra ilə boşandıqdan 17 il sonra tanış olub.

Bir qədər əvvəl Ted bildrimişdi ki, nikahının dağılmasının səbəbi oğulun populyarlığıdır: paparatsilər ona gün verib, işıq verməyib, nəticədə ailə münasibətləri tamamilə pozulub. Boşanmasından uzun illər keçməsinə baxmayaraq, məşhur oğul hələ də atası ilə münasibətlərini tam bərpa edə bilməyib.

Ailədəki ixtilafın səbəblərindən biri, gələcək qayınanaya etina göstərmədiyi iddia edilən Viktoriya Bekhemdir. Keçən ilin sonunda media Viktoriyanın Hillarinin 27 yaşındakı qızını ailə tətilinə dəvət etməkdən imtina etdiyini yazıb. Bildirilib ki, ata oğlundan qohumlarını öz qonaqları sırasına daxil etməsini xahiş etsə də, ancaq arvadı Viktoriyanın dost çevrəsinə yeni insanları qəbul etməkdən xoşlanmamasını səbəb göstərərək, Bekhem xahişə yox cavabı verib.

Ailədəki münaqişəyə və koronavirus pandemiyasına baxmayaraq, bəylə gəlin axıra qədər getmək niyyətindədir.

"Dünyada çox ciddi hadisələr baş versə də, biz yenə də pöz nikahımız haqda xəbəri verməyimizə şadıq, - Ted Bekhem deyib və əlavə edib: "Özünüzü qoruyun".

Alpər