Xəbər lenti

Foto 00:14 10.07.2019

"Digər məmurlar da Mehriban xanımdan nümunə götürsünlər" - Müsavat Partiyasının başqan müavini (FOTO)

"Digər məmurlar da Mehriban xanımdan nümunə götürsünlər".

Qaynarinfo xəbər verir ki, bu sözləri özünün feysbuk hesabında tanınmış vəkil, Müsavat Partiyası başqanının müavini Osman Kazımov yazıb. O.Kazımovun paylaşımını olduğu kimi təqdim edirik: 

"Mehriban xanım Əliyevanın Əbülfəz Elçibəyin və Ayaz Mütəllibovun həyat yoldaşlarının mərasimləri ilə bağlı göstərdiyi diqqət təqdirəlayiqdir. Alqışlayıram. Bu cəmiyyətdə olan gərginliyin səngiməsinə təkan verər. Yetər ki, digər məmurlar da Mehriban xanımdan nümunə götürsünlər. Sabah Azad Həsənovun məhkəməsidir. Xərçəng xəstəsi olan atasını görmək üçün Litvadan gələn Azad Həsənovun cibinə narkotik vasitə ataraq həbsə alıblar. Artıq 9 aydır ki,Azad həbsdə saxlanılır".

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?