Dilimizdə Nizamiyə həsr olunmuş ilk monoqrafik tədqiqat (DƏRS/VİDEO)
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişunaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Mədəniyyət kanalının birgə layihəsi olan "Nizami dərsləri"ndə "Mirzə Məhəmməd Axundov və onun "Şeyx Nizami" kitabı mövzusunda dərs keçib.
Qaynarinfo xəbər verir ki, Mirzə Məhəmməd Axundovun "Şeyx Nizami” kitabı Azərbaycan dilində Nizami Gəncəviyə həsr olunmuş ilk monoqrafik tədqiqatdır, yəni Azərbaycan nizamişünaslığının təməl daşlarındandır.
Kitab ilk dəfə 1909-cu ildə Gəncədə Hacı Əhməd Həsənzadə qardaşları mətbəəsində nəşr olunub. 2016 və 2017-ci illərdə filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlovanın ərəb əlifbasından transliterasiya etdiyi "Şeyx Nizami” kitabı geniş ön söz, şərh, izah və lüğətlə birlikdə yenidən nəşr edilib.
Maraqlananlar üçün dərsdən hazırlanmış videonu təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər