Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

Xəbər verdiyimiz kimi erməni girovluğunda qalan Dilqəm Əsgərovun (Dilqəm Əsgərov və Şahbaz Quliyev) su altında qalan torpaq sahəsinə görə Melorasiya və Su Təsərrüfatı ASC tərəfindən maddi ziyan ödəniləcək.

Qaynarinfo moderator.az-a istinadən xəbər verir ki, bu haqda D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib:

"Biz bu məsələyə görə ötən dəfə qurumun sədri hörmətli Əhməd müəllimlə (Əhməd Əhmədzadə) telefon danışığımız olmuşdu. O, söhbət zamanı problemin həll ediləcəyini bildirmişdi. Bu gün isə mən idarənin işçiləri bir daha görüşdüm və onlar atamın su altında qalan ferma və torpaq sahəsinə görə qiymətləndirmə apardılar. Onlar 149 min 300 manat maddi ziya təyin etdilər və biz də bununla razılaşdıq. Mən də buna görə bank hesabı açdım və yaxın vaxtlarda həmin pul hesabıma köçürüləcək”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR