DİM imtahanın nəticələrini açıqladı

DİM imtahanın nəticələrini açıqladı

Bu il fevralın 16-da ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Qaynarinfo xəbər verir ki, imtahanın nəticələri fevralın 21-də saat 15:20-dən etibarən Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apellyasiya Komissiyasına fevralın 24-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR